İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib.
Gəncə Dövlət Universitetinin məzunu olmuş, hazırda Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri olan Maqbed Əhmədovun “Bəlkə də sevməzdim” və “Qayıtdıq Şuşa” adlı kitablarının videokonfrans formatında təqdimatı keçirilib. Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açaraq Maqbed Əhmədovu təbrik etmiş, onun həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər davam edir. Şəhər rəhbəri mütəmadi şəkildə onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir.
“Şəhidlik zirvəsinə yüksələn, tarix yazan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq hər birimizin mənəvi borcudur” deyən Milli Məclisin deputatı Naqif Həmzəyev şəhid Asəf Maşıyevin ailə üzvləri ilə görüşüb. Səmimi keçən söhbət zamanı şəhid mayor Asəf Maşıyevlə bağlı ailənin xatirələri dinlənilib, şəhidimizin ailəsinin, Azərbaycan xalqına əmanət qalan üç məktəbli övladının qayğıları ilə maraqlanılıb, problemləri ilə bağlı aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilib.
Təhsil hər zaman dövlətimizin diqqət mərkəzində olub, onun inkişafı milli dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi daim öndə gəlib.Bu fikirlər YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərtimzadənin gənclərlə onlayn formatda keçirilən görüşündə səsləndirilib.
Gəncədə 2° şaxta olacaq.
Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.