Çərşənbə axşamı 13 Noyabr 2018

Mədəniyyət

Nizami Gəncəvi məqbərəsi haqqında...FOTOREPORTAJ

GanjaNews - 22/07/2013

Gəncə şəhəri qədim şəhərdir. Bu şəhərin tarixi abidələri haqqında hər dəfə maraqlı məlumatlar vermişik. Bu dəfə danışacağımız abidə Gəncə şəhərinin ümumbəşəri şairi Nizami Gəncəvinin məqbərəsidir.
Məqbərənin hündürlüyü 22,4 metrdir. En kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabası yerləşir.
Məqbərənin yanında Göy-Gölün süni variantı da yaradılıb və Nizami Gəncəvinin əsərlərində olan maraqlı səhnələri əks etdirən heykəl parçalar da qoyulub.

Qeyd edək ki, layihənin müəllifi əməkdar arxitektor, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Fərman İmamquliyev, heykəltaraşı əməkdar rəssam Qorxmaz Sücəddinov, konstruktoru Ağakişi Qəhrəmanovdur.

Onu da deyək ki, məqbərə ilə üzbəüz Nizami Gəncəvi muzeyi də inşa olunur.

Ən çox oxunan

Hadisə