Cümə günü 15 Noyabr 2019

Cəmiyyət

Gəncədə “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR!” adlı uşaq və gənclərin bayram konserti təşkil olunub. Fotolar

Səidə Abdullayeva - 20/10/2014

Gəncədə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi və Aura Park Ticarət və Əyləncə Mərkəzinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz Əbədidir!” adlı uşaq və gənclərin bayram konserti keçirilib

Tədbirdə şəhər ictimaiyyəti, dövlət və qeyri dövlət təşkilatlarının nümyəndələri, əlilliyi olan gənclər və s. iştirak ediblər. Konsertin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra mərkəzin rəhbəri Aygün Həsənzadə, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov və Aura Park Ticarət və Əyləncə Mərkəzinin rəsmi nümayəndəsi Orxan Mehdiyev çıxış edərək, tədbir iştirakçılarını salmlayıblar. Çıxışlarda Müstəqil Azərbaycanın keçdiyi keçməkeşli həyat yolundan, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan, bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmasından, müstəqilliyimizin qazanılmasında və qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin rolundan geniş bəhs ediblər.
Daha sonra tədbir Gəncə Uşaq Evi, “PENDİK” Elitar Uşaq İnkişaf Mərkəzi, Gəncə şəhər 3 saylı uşaq baxçası, Samux şəhər 3 saylı Uşaq Baxçası və digər uşaq rəqs qruplarının , İstedadlı gənclərin ifaları ilə davam edib.

Photogallery

10302162 366724923486155 3080363317974507764 N 10407987 366729073485740 4607454573140934045 N 10417802 366731930152121 5020174130196922308 N 10698608 366725300152784 7520532842062788053 N 10712774 366722283486419 187039537532593197 N 10660317 1562988713923425 3458784002915608892 N 68117 366743180150996 4130669177731906927 N

Ən çox oxunan

Hadisə