Çərşənbə axşamı 11 Dekabr 2018

Cəmiyyət

Gəncədə Anatoli Nikolayeviç Davidoviçin anadan olmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

Samirə Süleymanlı - 11/04/2015

Tədbirdən öncə “Şəhidlər Xiyabanı” ziyarət edilib. Heydər Əliyev Park-Kompleksi ilə tanışlıq olub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Belarus Respublikasından gəlmiş qonaqlar, hərbiçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

Şəhərin baş meydanında Ulu Öndərə həsr olunmuş video-çarx izlənilib. Heydər Əliyev Meydanı ilə tanışlıq, şəhərin tarixi və müasir həyatı haqqında qonaqlara məlumat verildikdən sonra, monitorda  Milli Qəhrəman A.N.Davidoviç haqqında video-çarx nümayiş etdirilib.

Azərbaycanın “Milli Qəhrəman”ı mayor Anatoli Nikolayeviç Davidoviçin 50 illik yubileyinə həsr olunan tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Davidoviçin həyat yoldaşı Tatyana Mixaylovna  qəhrəmanın barelyefinin açılışını ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına doyüşmüş və canından keçmiş igid oğulların xatirəsinin hər zaman əziz tutulduğunu bildirib.

Anatoli Nikolayeviç Davidoviç də belə qəhrəmanlardan olduğunu vurğulayıb. Milliyətindən asılı olmayaraq Azərbaycan üçün döyüşən və şəhid olan qəhrəmanların xatirəsi ölkə başçısının sərəncam və fərmanlarına əsasən əbədiləşdirilir. Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi də sübüt edir ki, Azərbaycan Prezidenti və Azərbaycan xalqı qəhrəmanlarını xatirəsindən silmir.

Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani, Belarus uğrunda döyüşlərin iştirakçısı, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, “Novosti Gəncə” qəzetinin baş redaktoru İrina Vladimirovna Kalaşnikova, Mayor Davidoviçin vaxtilə Gəncədə xidmət etdiyi hərbi hissənin Polkovniki Elşən Vəliyev, qəhrəmanın dostu İbrahim Hacıyev Anatoli Davidoviçin xatirəsinin əbədiləşdirilməsində əməyi olan hər kəsə minnətdarlıq bildiriblər.  Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə xüsusi olaraq təşkkür ünvanlayıblar.

Davidoviçlər ailəsinin nümayəndəsi Tatyana Mixaylovna Belarusun və Azərbaycanın “Milli Qəhrəman”ı Anatoli Davidoviçin adının əbədiləşdiriməsi, Azərbaycan xalqının lideri Heydər Əliyevin adını daşıyan prospekt  ilə kəsişmədə yerləşən küçəyə həyat yoldaşının adının verildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə, icra başçısı Elmar Vəliyevə təşəkkür edib. Tatyana Davidoviç bildirib ki, Azərbaycan, Belarusiya diasporaları həmişə onları yad edib. Bu gün isə  daha da  sevindirici haldir ki, onun bir necə il yaşadığı şəhərin mərkəzində adına küçə verilib, barelyefi qoyulub. Tatyana Davidoviç  tədbirdə iştirak etmələrinə şərait yaradan hər kəsə təşəkkür edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirdə vurğulayıb ki, Azərbaycanın “Milli Qəhrəman”ları və şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə Gəncə şəhərində küçələrə adlar verilir. Gəncə şəhərindən olan 400 nəfərdən çox şəhidimiz var və onların adları əbədiləşdirilərək küçələrə adlar verilib. Yaxın günlərdə həmin küçələrə lövhələr də vurulacaq. Ümumilikdə isə 1200-ə yaxın küçəyə lövhələr vurulacaq və dövlət tərəfindən bu işlərin həyata keçirilməsinə vəsait ayrılıb. Bu günə kimi 598 küçəyə adın verilməsi təmin olunub. Əlavə olaraq 200 küçəyə də gələcəkdə ad veriləcək. Anatoli Davidoviçin adının daşıyan küçədə barelyefin qoyulması, küçənin abadlaşdırılması və həyata keçirilən digər işlər də həm “Milli Qəhrəman”a, həm də onun ailəsinə göstərilən yüksək diqqətdir.

Tədbirin yekununda  “Milli Qəhrəman” Anatoli Davidoviçin əziz xatirəsinə həsr olunmuş “Belarus oğlu, Azərbaycan Qəhrəmanı” mahnısı səsləndirilib.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Anatoli Davidoviç 28 mart  1965-ci ildə  Belarus Respublikasının Slutsk şəhərində hərbçi ailəsində dünyaya göz açıb. 1989-cu ildə Ukraynada Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya Hərbi Dairəsində qulluq edib.

1992-ci ilin iyun ayına kimi SSRİ, sonra isə Rusiya ordusunda xidmət edib. Mayor rütbəsinə kimi yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayaraq, “N” saylı hərbi hissədə artilleriya qərargahının rəisi olub və  Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük xidmətlər göstərib.

1992-ci ildə Ağdam rayonu ərazisində gedən qızğın döyüşlərdə Anatoli Davidoviç  əsl qəhrəmanlıq göstərərək  ağır yaralanıb və onu xilas etmək mümkün olmayıb.  Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə verməyib. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi olaraq yumub.

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Anatoli Davidoviç  Belarus Respublikasının Slutsk şəhərində dəfn olunub.

 

 

  

 

Photogallery

1482764 1817062651852435 7443739298992680171 N 11008762 1817062775185756 5028608425089924546 N 11150245 1817062878519079 6959450219316798450 N 11148698 1817062555185778 7559799319334879861 N