Şənbə 20 Aprel 2019

Mədəniyyət

Gəncədə “Onun Sevdiyi”-2 adlı ədəbi bədii gecə keçirilib

Bahar Fərmanlı - 12/05/2015

Ədəbi bədii gecə Ümummilli Liderin 92 illiyinə həsr edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi və Aura Park Əyləncə və Alış veriş Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə və Gül Bayramına həsr olunmuş ədəbi bədii gecə təşkil olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə bildirib ki, Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin  əsərlərindən biridir. Bu tədbir də məhz Ulu Öndərə sevgi və məhəbbətin təcəssümü kimi gənclərin təşəbbüsü ilə təşkil olunub.

Tədbir istedadlı gənclərin Ulu Öndərin sevdiyi zəngin mahnı və şer çıxışları ilə davam edib. Gənclər Ulu Öndərin sevdiyi “Alagöz”, “Küçələrə su səpmişəm” mahnılarını, Səməd Vurğunun “Azərbaycan” şerini böyük sevgi ilə ifa ediblər.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Hadisə