Çərşənbə axşamı 13 Noyabr 2018

Təhsil

ATU ilə UNEC arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Samirə Səmədova - 10/01/2017

UNEC-in Elm şöbəsinin müdiri Zahid Məmmədov ATU-nun professor-müəllim heyəti ilə görüş keçirib.

Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, iki ali təhsil müəssisəsinin müxtəlif istiqamətlərdə əlaqələri genişləndirilir. 

"Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər" mövzusunda çıxış edən Zahid Məmmədov  daha sonra universitet sisteminin tarixi inkişafı haqqında geniş məlumat verib. Zahid Məmmədov klassik və çağdaş ali təhsil ocaqlarının elm və təhsilə yanaşmasında ortaya çıxan əsas prinsip fərqlərindən danışıb. Eyni zamanda UNEC-də professor-müəllim heyətinin əməyinin qiymətləndirilməsində tətbiqinə başlanan diferensial hesablama sistemi haqqında məlumat verib. Yeni üsulun effektivliyini və digər universitetlərdə də tətbiqinin faydalı olacağını vurğulayıb.

Daha sonra ATU-nun professor-müəllim heyətinin üzvləri arasında fikir mübadiləsi aparılıb.

Photogallery

0unecatu 2 1unecatu 3

Ən çox oxunan

Hadisə