Çərşənbə axşamı 29 Sentyabr 2020

Cəmiyyət

“İslam Həmrəyliyi İli”nin elan olunması Azərbaycanın bütün dünyaya sülh çağırışıdır

Kamilə Seyidli - 10/02/2017

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə nümayəndəsi Asif Əliyev deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili olkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya sülh çağırışı olmaqla bərabər, həm də ölkəmizdə yüzillərlə qorunub saxlanılan tarixi nailiyyətlərin və mədəni dəyərlərin təbliği baxımından olduqca vacibdir.

Vaxtaşırı bölgə sakinləri, dindarlar, həmçinin gənclərlə müəyyən görüşlərin keçirildiyini deyən Asif Əliyev bildirib ki, Azərbaycan əsrlərlə fərqli sivilizasiya, mədəniyyət və dinlərin beşiyi olmaqla yanaşı, həm də mürəkkəb tarixi proseslərdə islam dəyərlərini qoruya bilib.

Artıq 14 əsrdir ki, islam və onun ali dəyərləri bütün dünya müsəlmanları kimi, azərbaycanlıları da sülh və ədalət ideyaları ətrafında birləşdirir.

Vaxtaşırı bölgə sakinləri, dindarlar, həmçinin gənclərlə müəyyən görüşlərin keçirildiyini və onlarla müxtəlif mövzularda dini maarifləndirmə işlərinin aparıldığını qeyd edən Asif Əliyev bildirib ki, DQİDK-nın bölgə üzrə fəaliyyəti Gəncə və Naftalan şəhərlərini, eləcə də Göygöl, Goranboy və Samux rayonlarını əhatə edir.

Hazırda Gəncə şəhərində mövcud olan 14 məsciddən İmamzadə Ziyarətgahı Dini Kompleksi, Şah Abbas Cümə məscidi, Şahsevənlər, Qazaxlar və Qırıxlı məhəllə məscidləri təyinatı üzrə fəaliyyət göstərdiyini deyən dini qurumun rəsmisi qeyd edib ki, Balabağban, Şərəfxanlı, Ozan, Tatlar, Xəlfəli, Qızılhacılı, Mollacəlilli və Zərrabi məhəllə məscidləri isə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.

Naftalanda 1, Samuxda 1, Goranboyda 9, Göygöldə isə 5 məscidin fəaliyyət göstərdiyini deyən Asif Əliyev bildirib ki, bu binaların hamısı dini təyinatlıdır və burada hər gün müsəlmanlar öz ibadətlərini yerinə yetirirlər.

Gəncə şəhəri Şah Abbas məscidində həftənin cümə günləri məzhəbindən asılı olmayaraq bütün müsəlmanların eyni vaxtda bir yerdə namaz qılıb, dua etdiklərini deyən Asif Əliyev ölkəmizdəki tolerantlıq ənənələrinin digər dövlətlər üçün də nümunə ola biləcəyini vurğulayıb.