Çərşənbə axşamı 13 Noyabr 2018

Cəmiyyət

Gəncədə Mir Cəlal Paşayevin adını daşıyan küçədə abadlıq və təmir işləri aparılır

Rəvanə Hacıyeva - 05/06/2017

Günü-gündən gözəlləşən Gəncə şəhərində böyük alim və yazıçı Mir Cəlal Paşayevin adını daşıyan küçədə əsaslı quruculuq və təmir işləri gedir. Yeni görkəm alan küçədə şəhərin arxitekturasına uyğun elementlərdən və yeni tikinti materiallarından istifadə olunur. Hasarları qırmızı kərpiclə üzlənən ictimai binaların və fərdi yaşayış evlərinin qarşısında yaşıllıqlar salınır.

Eyni zamanda uzunluğu 2 km-ə yaxın olan küçə təxminən 4 metr genişləndirilib. Ərazidə elektrik xətləri də yenilənib, 40-a yaxın yeni küçə işıqlandırma dirəkləri basdırılıb. Aparılan əsaslı abadlıq və təmir işləri nəticəsində küçə boyu sakinlərin velosiped sürməsi üçün xüsusi zolaq da salınır.

Şəhər sakinləri Bəhruz Məmmədov və Qara Əmiraslanov bildirib ki, getdikcə gözəlləşən Gəncədə aparılan abadlıq işləri göz oxşayır. Küçə sakinləri yaradılan şəraitə, gənclilərə göstərilən diqqətə görə dövlət başçısına öz təşəkkürlərini bildiriblər.

Bildirək ki, iyun ayının sonuna qədər təmir işlərinin başa çatdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə kifayət qədər qüvvə, tikinti materialı və texnika cəlb olunub.   

Ən çox oxunan

Hadisə