Çərşənbə axşamı 11 Dekabr 2018

Mədəniyyət

“Xəmsə” abidə kompleksi nadir sənət incisidir

Samirə Süleymanlı - 07/06/2017

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan kitab-abidə kompleksinin inşasında qədim Azərbaycan memarlığına istinad edilib.

Kompleksdə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarının hər birinə aid abidə qoyulub.

“Xəmsə” abidə kompleksinin inşasında 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilib. 

 Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət incisi ərsəyə gəlib.