Çərşənbə günü 27 Oktyabr 2021

Cəmiyyət

Gəncənin turizm obyektlərinə turist axını müşahidə olunur

Kamilə Seyidli - 18/08/2017

Gəncədə yeni turizm obyektlərinin açılması, tarixi abidə və binaların restavrasiyası, yeni istirahət məkanlarının inşa olunaraq istifadəyə verilməsi Gəncənin yeni simada gözəl görünüşü turistlərin marağına səbəb olub.

Gəncədə Heydər Əliyev Mərkəzi və Park Kompleksi, dahi söz ustadı Nizami Gəncəvinin Məqbərəsi və Mərkəzi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini ziyarət edən turistlərin sayı çoxluq təşkil edir.

Gəncəyə səfər edən turistlər qədimlik və müasirliyi özündə birləşdirən Nizami yurdunda olmaqlarından şad olduqlarını bildiriblər. Nizami yurdu sakinlərinin qonaqpərvərliyindən razı qaldıqlarını deyən turistlər 2017-ci MDB-nin Mədəniyyət Paytaxtı olan Gəncənin gecələrinin füsünkar olduğunu xüsusi qeyd ediblər. 

Məlumat üçün bildirək ki, şəhərə gələn turistlər arasında Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İtaliya, İngiltərə, Kuveyt, Qatar, Birləşmiş Ərəb Əmirliyi və bir sıra ölkələrin vətəndaşları üstünlük təşkil edir.