Çərşənbə günü 24 Fevral 2021

Mədəniyyət

Gəncə çayının sağ sahilində yerləşən “Comərd Qəssab” türbəsi

Samirə Səmədova - 18/08/2017

“Comərd Qəssab” türbəsi VII-VIII əsrlərə aid edilən abidələrdən biridir. Comərd Qəssab türbəsi — Gəncə çayının sağ sahilində, “İmamzadə” Dini Kompleksindən 1500 metr aralıda, qədim Gəncə hasarının 1 km-də yerləşir.

Türbə 1139-cu il zəlzələsinə qədər qədim Gəncənin ərazisində mövcud olmuşdur. 1940-cı ildə ilk dəfə arxeoloji tədqiqatlar aparan İshaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edərək üzə çıxarıb. 

XX əsrin 60-ci illərində dağıdılmış, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalan türbə 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilib. Türbənin tikintisində bişmiş kərpic və gəcdən hazırlanmış məhluldan istifadə olunub.

Tikili səkkiz guşəli formadadır. İndi “Comərd Qəssab” türbəsi yerli əhali tərəfindən müqəddəs məkan kimi ziyarət edilir.

Photogallery

1457955029525341893 1000x669 407777920 Img 8316 Slide2 60 Big