Çərşənbə axşamı 13 Noyabr 2018

İdman

Ülviyyə Fətəliyeva “Odlar Yurdu” kollektivinin heyətində çıxış edir

Samirə Səmədova - 11/10/2017

Gəncə şahmat məktəbinin yetirməsi klubların Avropa komanda çempionatında iştirak edir.

Ülviyyə Fətəliyeva klubların Avropa komanda çempionatında iştirak edən qadınlardan ibarət “Odlar Yurdu” kollektivinin heyətində yer alıb. Türkiyənin Antaliya şəhərinin ev sahibliyi etdiyi qitə birinciliyi oktyabrın 8-də başlayıb və ayın 15-ə kimi davam edəcək. 

Avropa klub kubokunda 12 komanda mükafatlar uğrunda mübarizə aparır.  Oyunlar İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarət olacaq.

Xatırladaq ki, Ülviyyə Fətəliyeva şəxsi yarışlarda beynəlxalq turnirlərin mükafatçısı, Avropa birinciliyinin qalibi olub. Yığma komandanın üzvü olan şahmaçı ötən il Bakıda keçirilən Şahmat Olimpiadasında iştirak edib. 

Photogallery

1507728357874440609 1000x669

Ən çox oxunan

Hadisə