Şənbə 20 Aprel 2019

İqtisadiyyat

“Tələbəlikdən Sahibkarlığa” layihəsinin açılışı olub

Sənubər Qocayeva - 04/03/2019

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olan “Tələbəlikdən Sahibkarlığa” layihəsinin Goranboyda Gənclər Mərkəzində birinci təlimi və açılış mərasimi həyata keçirilib.

Layihənin əsas məqsədi Goranboy rayonunda və yaxın rayonlarda yaşayan gənclər üçün qısamüddətli ödənişsiz sahibkarlıq təlimləri təşkil edərək onların sahibkarlıq sahəsində peşəkar inkişafıına dəstək durmaqdı.

Tədbiri layihə rəhbəri Səbanə Quliyeva qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş , daha sonra isə layihənin məqsədi  ve layihe çərçivəsində təşkil olunmuş təlimlər və tədbirlər haqqında məlumat vermişdir. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Faiq Muradov qonaq qismində iştirak edib.  Faiq Muradov öz çıxışında layihə rəhbərinə və bütün iştirakçılara layihənin davamiyyətində uğurlar arzu etdi və nə lazım olarsa dəstək göstərəcəyini vurğuladı.

Daha sonra layihə rəhbəri Səbanə xanım layihənin təlimçisi Ramil İmanovu iştirakçılara təqdim etdi və təlimi açıq elan etdi.

Ramil İmanov öz növbəsində təlim müddətində iştirakçıları tanımaq məqsədi ilə və təlimin daha aktiv keçməsi məqsədi ilə maraqlı oyunlar təşkil etdi.

Təlim müddətində sahibkarlıq fəaliyyətinin formaları, növləri və inkişaf xüsusiyyətləri, sahibkarlıq nə deməkdir? nəyə görə insan sahibkar olmaq qərarına gəlir? sahibkar olmaq yalnız sahibkarlar üçünmü faydalıdır? sahibkar olmaq barədə düşünən kəs hansı tərəddüdləri yaşayır? və s. kimi mövzulara toxunulmuşdur.

Təlimdən sonra qonaqlar və iştirakçılar çay fasiləsində müzakirələrini davam etdirdi. Sonda iştirakçılar və qonaqlar xatirə şəkilləri çəkdirdilər.

Photogallery

53224190 964608977067171 1152224530198953984 N

Hadisə