Çərşənbə axşamı 25 İyun 2019

İdman

UTECA-da tələbələr arasında təşkil edilən spartakiadanın açılış mərasimi baş tutub

Sənubər Qocayeva - 12/03/2019

Yarış ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Spartakiadanın açılış mərasimi Azərbaycan Texnologiya Universitetinin idman zalında reallaşıb. Bu yarışların əhəmiyyətindən danışan natiqlər belə turnirlərin tələbələrin idman bacarığının üzə çıxarılmasında rol oynadığını bildiriblər.

Bu ilki spartakiadanın Gəncənin Avropanın idman şəhəri adını daşıması ilə üst-üstə düşməsini xoş təsadüf hesab edənlər   ölkənin ikinci böyük şəhərinin bu titula yiyələnməsini yüksək qiymətləndiriblər.

Yarışda Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrinin iştirak etdiyi spartakiadada qaliblər 7 idman növü üzrə müəyyənləşəcək. Tələbə idmançılar voleybolla yanaşı, mini futbol, basketbol, stolüstü tennis, şahmat, dama və atletika yarışlarında qüvvələrini sınayacaqlar. Spartakiadada həm qız, həm də oğlan komandalardan ibarət kollektivlər iştirak edəcək.

Voleybolla başlayan silsilə yarışlarda artıq oğlanların mübarizəsində qaliblər bəlli olub. Universitetlər arasında GDU 1-ci, ADAU 2-ci, UTECA 3-cü yerə çıxıb. Orta ixtisas məktəbləri arasında Regional Kollec 1-ci, Tibb 2-ci, Musiqi kolleci isə 3-cü olub.

Qeyd edək ki, spartkiadaya may ayında yekun vurulacaq.

kepeztv.az

Hadisə