Şənbə 20 Aprel 2019

İdman

Gəncədə “Novruz kuboku” açıq şahmat turniri keçirilir

Sənubər Qocayeva - 14/03/2019

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Novruz kuboku” açıq şahmat turnirinə start verilib.

6 qrup üzrə İsveçrə sistemi ilə 9 turda keçirilən yarışlara rekord sayda 402  yeniyetmə şahmatçının iştirakı ilə start verilib.

Yarışlarda Gəncə şahmatçıları ilə yanaşı Samux və Naftalan şəhərinin iti zəka sahibləri də iştirak edirlər.

Qeyd edək ki, 11 martda başlayan yarışlara 17 martda yekun vurulacaq. Hər qrup üzrə müvafiq xal toplayan şahmatçılar müxtəlif dərəcə normativlərini yerinə yetirmiş olacaq.

Hadisə