Şənbə 20 Aprel 2019

İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı 3% böyüyüb

Sənubər Göyüşqızı - 15/03/2019

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11 484,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

ÜDM istehsalının 47,2%-i sənayenin, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 15,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 163,8 manata bərabər olub.

Hadisə