Şənbə 20 Aprel 2019

İdman

Gəncədə intellektual oyunlar keçirilib

Sənubər Qocayeva - 18/03/2019

Gənclər Evində Novruz bayramı münasibətilə gənclər arasında "Novruz Kuboku 2019" intellektual oyunları üzrə açıq turnir təşkil olunub.

Turnir "Nə? Harada? Nə zaman?" və "Xəmsə" intellektual oyunları üzrə keçirilib.

17 komandanın mübarizə apardığı "Nə? Harada? Nə zaman?" oyunun qalibi "Eidon" komandası, "Xəmsə" Milli İntellektual oyunun qalibi isə 8 komanda arasında "Panteon" komandası olub.

Turnirə Mingəçevir, Ağdaş və Şəmkir şəhərlərindən gənclərdən ibarət komandalar da qatılıblar.

Turnirin "Ən yaxşı oyunçusu" "Panteon" komandasının kapitanı Aqşin Kərimli seçilib.

Photogallery

53822783 1987762921272584 5896901281779286016 N 54523322 1987764467939096 4501485352409628672 N 54257297 1987762177939325 8213273772686311424 N

Hadisə