Şənbə 20 Aprel 2019

Təhsil

UTECA tələbəsi: “Prezidentimizlə görüş mənə stimul oldu”

Surxay Məmmədzadə - 21/03/2019


UTECA tələbəsi prezidentlə görüşüb. Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi İsmayıl Qaçaylı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevayla Bakıda, Novruz bayramı münasibətilə təşkil edilən ümumxalq şənliyində görüşüb.

İsmayıl dövlət başçısına təhsil aldığı Azərbaycan Texnologiya Universiteti,burada tələbələr üçün yaradılan şərait haqqında məlumat verib.Ali təhsil ocağında dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edib.

Prezidentin könüllülük fəaliyyəti ilə bağlı sualını cavablandıran gənc 16 yaşından qatıldığı könüllülük fəaliyyətindən danışıb.Ölkədə Gənclərə yaradılan şərait üçün təşəkkürünü bildirib.Ölkə rəhbəri UTECA tələbəsinə bundan sonrakı fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, İsmayıl Qacaylı Təhsil Nazirliyinin -Tələbə könüllü proqramının 2018-ci il üzrə ən fəal tələbə - könüllüsü mükafatına layiq görülüb.

Hadisə