Şənbə 20 Aprel 2019

Təhsil

Gəncə Dövlət Universitetində seminar keçiriləcək

Sənubər Qocayeva - 25/03/2019

Martın 28-də Təhsil Nazirliyi İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələr üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçiriləcək.

Seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir.

Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılacaq, təqdimat nümayiş ediləcək və tələbələrin sualları cavablandırılacaq.

Hadisə