Şənbə 25 May 2019

Cəmiyyət

ADAU-nun tələbələrinə YAP-ın vəsiqələri təqdim olunub

Surxay Məmmədzadə - 13/05/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində YAP sıralarına yeni qəbul edilmiş tələbələrə üzvlük vəsiqələrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının İdeologiya şöbəsinin baş məsləhətçisi Hüseyn Budaqov Yeni Azərbaycan Partiyasının keçdiyi böyük və şərəfli yoldan danışıb.

Üzünü gənclərə tutan Hüseyn Budaqov Azərbaycan dövlətinin bu qüdrətə, bu gücə asanlıqla çatmadığını, bunun üçün illərlə zəhmət çəkildiyini bildirib. O, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin quruculuq işləri sayəsində bu gün Azərbaycan dövlətinin dünyada tanındığını diqqətə çatdırıb. O, Azərbaycanı həm daxildə, həm də xaricdə sevməyən qüvvələrin olduğunu bildirib, onların hər addımda dövlətçiliyimizə qarşı ideoloji, siyasi təxribat aparmağa hazır olduqlarını qeyd edib, gəncləri sosial şəbəkələrdə ayıq olmağa, dövlətçiliyimizi müdafiə etməyə səsləyib.

Fakültənin dekanı Qalib Dünyamalıyev ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində YAP sıralarına qəbulun xüsusi önəm daşıdığını vurğulayıb. Bildirib ki, gənclərin cəmiyyətimizin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarına böyük həvəslə qoşulması, onların yüksək siyasi yetkinliyindən xəbər verir. İnanıram ki, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan üzvlər də partiyanın həyatında fəal iştirak edəcək, ictimai fəallıqla yanaşı yüksək bilik və peşə ixtisas hazırlığı nümayiş etdirəcəklər.

YAP Gəncə şəhər təşkilatının maliyyə-uçot şöbəsinin baş məsləhətçisi Cabir Məmmədov respublikamızda siyasi sistemin qurulmasında əvəzsiz xidmətlərini, bu prosesin Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təşkil olunduğunu, dövlət Başçımız İlham Əliyev tərəfindən daha müasir səviyyəyə qaldırıldığını vurğulayıb.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə vermiş gənclərə partiya vəsiqələri təqdim edilib.

Partiya sıralarına qəbul edilmiş gənclər çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin yaratdığı partiyanın üzvü olduqları üçün qürur duyduqlarını bildiriblər.

Photogallery

59901646 814111398975688 5726896567714054144 N 59986133 319086088759079 5207592999667630080 N 60322235 2244020635848155 310422034083479552 N

Hadisə