Cümə günü 14 May 2021

Cəmiyyət

Prezident İlham Əliyev Sərəncam imzalayıb

GanjaNews - 07/05/2021

K.A.Qurbanovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kazım Avdil oğlu Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2021-ci il