Cümə günü 19 İyul 2019

İdman

Gəncədə Türkiyə Respublikasının milli bayramı keçirilib

Sənubər Qocayeva - 19/05/2019

Gəncədə “19 May Atatürkü Anma, Gənclər Və İdman Bayramı” keçirilib. Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak edib. Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş konsulluğunun binası önündən Xan Bağına yürüşü ediblər. Parkda günün anlam və önəmini simvolizə edən çinar ağaçı əkilib.

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 May tarixində qeyd olunan “Atatürkü Anma, Gənclər Və İdman Bayramı” tarixindən danışıb. Qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib.  Həmşinin,  19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir.  Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bugünün önmənin böyük sübutudur”.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova iştirakçıları şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayıb. Vəfa Abbasova iki dövlət arasında olan tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb. Bu əlaqələrin günü-günüdən möhkəmləndiyini vurğulayıb. O , həmçinin qeyd edib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı titulunu daşıyan Gəncə, bu il Avropanın İdman şəhərlərindən biridir., bu ilin 5 mart tarixində yerli və xarici qonaqların iştirakı ilə Heydər Əliyev Park-Kompleksində “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib. İlin sonunadək Gəncə bir çox mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək. Vəfa Abbasova: “Bu gün isə biz qardaş ölkə Türkiyənin tarixində xüsusu önəmə malik 19 may – Atatürkü Anma, Gənclər və idman Bayramını qeyd edirik. Türkiyə azadlıq və dövlətçilik tarixinin təkrarolunmaz və əvəzedilməz xadimi – Atatürkü böyük ehtiram və dərin hörmətlə yad edir, qardaş Türkiyə xalqının milli bayramını təbrik edirik”.

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solisti , əməkdar artist Kəmalə Tağızadə “Qaradəniz” mahnısı səsləndirib.   Gəncə Dövlər Dram Teatrı aktyorlarının ifasıdan “Xərabət gözəli”ndən parça- Səmazən rəqsi təqdim olunub.  Gəncədə fəaliyyət göstərən uşaq gənclər idman-şahmat məktəblərinin idmançıların nümunəvi çıxışları izlənilib. Tədbirdə Gəncə Uşaq Evinin, Musiqi Kollecinin “Buta” Vokal İnstrumental Ansamblının, Gəncə Uşaq Gənclər inkişaf Mərlkəzinin  “Azərin” Rəqs Qrupunun çıxışları alqışlarla qarşılanıb.  

Hadisə

Cəmiyyət