Çərşənbə axşamı 17 Sentyabr 2019

İdman

UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub

GanjaNews - 20/05/2019

Mayın 19-da UEFA Avropa Liqasının kuboku Nizami yurduna gətirilib və Heydər Əliyev adına Meydanda futbol azarkeşləri və ictimaiyyət qarşısında nümayiş olunub.

Avropa Liqasının təbliğat və kommersiya üzrə meneceri Tural Piriyev bildirib ki, tədbirin təşkilində məqsəd mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda təqdim olunacaq kubokla idmansevərləri tanış etməkdir.

Kubokun ictimaiyyətə təqdimatından sonra maraqlı konsert proqramı təqdim olunub.Gənc musiqiçilər və rəqs qrupları özlərinin maraqlı ifaları ilə tamaşaçılar qarşısında çıxış ediblər.

Tədbirin maraqlı məqamlarından biri də Avropa Liqasının final oyununun səfiri Vəli Qasımovla avtoqraf sessiyası olub.

Azyaşlı qonaqlar üçün  face-artla, animator və oyunlarla uşaq zonası, həmçinin uşaq futbolu üzrə master-klass dərsləri ilə mini meydança yaradılıb və digər əyləncələr təşkil edilib. 

Kubokun növbəti dayanacağı mayın 21-də Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi olacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Photogallery

15582770724900754216 1000x669 1558277072226831906 1000x669

Hadisə