Cümə axşamı 12 Dekabr 2019

Mədəniyyət

Gəncə Dövlət Kukla Teatrının aktyoru Nağəddin Məmmədov vəfat edib

Sənubər Qocayeva - 23/05/2019

Gəncə Dövlət Kukla Teatrına ağır itki üz verib. Teatrın aparıcı aktyoru, əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov uzun sürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

 Nağəddin Məmmədov Gəncə Dövlət Kukla Teatrı yarandığı bir gündən orada fəaliyyət göstərib. Bir çox beynəlxalq festivallarda iştirak edib. 2006-cı ildən əməkdar artist fəxri adına layiq görülüb. 

Daim uşaqların çöhrəsinə sevinc gətirən mərhum aktyorun ailəsinə GanjaNews.az saytı kollektivi adından səbirlər diləyirik!

Allah rəhmət eləsin!

Photogallery

 XB 1969 D25e13d4a4a2f07ac79ad77b9b8f9db1

Hadisə