Cümə günü 19 İyul 2019

Mədəniyyət

Gəncə Musiqi Kollecinin tələbələri hesabat konserti veriblər

Gülnar Fazilqızı - 24/06/2019

Gəncə Musiqi Kollecinin tələbələri hesabat konserti ilə çıxış ediblər. Konsertdə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən Respublika müsabiqəsinin qalibləri də öz bacarıqlarını sərgiləyiblər. Hesabat konsertində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Musiqi Kollecinin direktoru Ruziyyə Rəhimova, müəllim və tələbələr iştirak ediblər.

Qeyd olunub ki, bu il keçirilən Respublika müsabiqəsindən Gəncə Musiqi Kollecinin tələbələri böyük nailiyyətlərlə qayıdıblar. Belə ki, onlar müxtəlif nominasiyalar üzrə I, II və III yerlərə sahib olublar. Konsert proqramından əvvəl müsabiqədə uğur qazanmış tələbələrə Fəxri fərman və hədiyyələr təqdim olunub.

Daha sonra gənclər öz istedadlarını nümayiş etdiriblər. Tələbələrin ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları, muğamlarımızdan parçalar, o cümlədən dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib. Həm qrup, həm də solo şəklində təqdim olunan ifalar alqışlarla müşayət olunub.

Photogallery

20190624 124710 20190624 124828 20190624 123614

Hadisə

Cəmiyyət