Cümə axşamı 17 Oktyabr 2019

Elm

ADAU məzunlarının 40 illik yubileyi keçirilib

Sənubər Qocayeva - 08/07/2019

Azərbaycan Dövlət Aqrar Universitetində 1974-1979-cu illərdə Mühəndislik fakültəsini bitirən məzunlarla görüş keçirilib. Universitetin 2 saylı tələbə yataqxanasının zalında keçirilən tədbirdə 60 nəfər məzun 40 il əvvəl bitirdikləri universitetdə görüşüb, xatirələrini bölüşüblər.

Tədbiri giriş sözüylə açan Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov məzunları bir arada görməkdən məmnunluğunu ifadə edib və bildirib ki, vaxtilə universitetdə təhsil alan gənclərin əksəriyyəti bu gün ölkəmizdə müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlardır.

Anar Hətəmov görüş iştirakçılarının diqqətinə çatdırıb ki, hələ sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyev tərəfindən bu ali təhsil ocağına böyük qayğı göstərilib. Bu gün isə Prezident İlham Əliyevin diqqəti nəticəsində Aqrar Universitetin qarşısında daha böyük imkanlar açılıb. Ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasında, ərzaq təhlükəsizliyinin həllində, insanların ekoloji cəhətdən sağlam qida məhsulları ilə təminatında Aqrar Universitetin üzərinə böyük məsuliyyət düşür.

Daha sonra Mühəndislik fakültəsinin dekanı professor Cəmaləddin Məmmədov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb. Həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin bu gün kənd təsərrüfatının inkişafındakı rolu və ölkəmizdə aparıcı mütəxəssislərin yetişməsi üçün böyük əhəmiyyəti haqda məzunlara məlumat verib.

Sonda məzunların tələbəlik illəri ilə bağlı videoçarx izlənilib.

 

Photogallery

66060766 2390413971051544 707860895857901568 N 66022687 2390414004384874 9057913494132752384 N

Hadisə