Çərşənbə axşamı 17 Sentyabr 2019

İdman

“Gəncə Avropa İdman Şəhəri – 2019” layihəsinin təbliğat konserti baş tutub

Gülnar Fazilqızı - 08/07/2019

Xan bağındakı “Yaşıl teatr”da təşkil edilən konsert zamanı Gəncənin musiqi kollektivləri tamaşaçılar qarşısında xüsusi proqramla çıxış ediblər. Həmçinin Azərbaycan Aikido Federasiyası Gəncə Regional Şöbəsinin yetirmələrinin nümunəvi çıxışları izlənilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov “Gəncə Avropa İdman Şəhəri – 2019” layihəsi çərçivəsində əldə olunan nailiyyətlərdən, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açıb. O bildirib ki, Gəncədə möhtəşəm İdman sarayının tikintisi davam etdirilir. Bu ilin sonunadək şəhər müxtəlif idman tədbirlərinə ev sahibliyi edəcək.

Rəsmi hissədən sonra sakinlər və şəhərin qonaqları xüsusi hazırlanmış konsert proqramını izləyiblər. Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Gəncə Musiqi Kollecinin və Gəncə Dövlət Filarmoniyasının üzvləri bir-birindən maraqlı çıxışlarla tamaşaçıların zövqünü oxşayıblar.

“Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təbliği münasibətilə təşkil olunan konsert eyni zamanda istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıyıb.

Photogallery

XB  9524 XB  9527 XB  9513 XB  9558 XB  9571 XB  9560 XB  9506 XB  9503

Hadisə