Cümə günü 19 İyul 2019

Sosial

Gəncədəki Abbas Səhhət adına parkda abadlıq işləri görülüb

Surxay Məmmədzadə - 09/07/2019

Yay aylarında şəhər sakinləri sərinləmək və dincəlmək üçün istirahət parklarına üz tuturlar. Bunu nəzərə alaraq Gəncədəki parklarda təmizlik işləri görülür, istirahət güşələri abadlaşdırılır. Növbəti belə iməclik Gəncəçayın sol sahilində yerləşən Abbas Səhhət adına parkda aparılıb. Park Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsinin ərazisində yerləşdiyindən, adıçəkilən qurum burada iməclik təşkil edib.

Qeyd etmək yerinə düşər ki, parkın ziyarətçiləri elə də çox olmur. Gələnlər isə ərazinin təmiz saxlanılmasına maraq göstərmirlər. Burada zibil qutuları olsa da, sellofan torba, kağız və ya plastik butulkaların yerə atıldığı müşahidə edilir.    

Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsi tərəfindən təşkil olunan iməcliyin məqsədi ərazini abadlaşdırmaq, burada səligə-səhman yaratmaq olub. Bildirək ki, parkda şair-dramaturq Abbas Səhhətin və polkovnik Leonid Vasilyeviç İvanovun qəbirüstü abidələri yerləşir. Parkın ərazisi, o cümlədən qəbirüstü abidələrin ətrafı təmizlənib, zibillər parkın ərazisindən daşınıb. Burada bitən alaq otları biçilib, dağıdılmış bardyurlar bərpa olunaraq rənglənib.  

Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsi vətəndaşları qulluq göstərilmiş yaşıllıqları qorumağa, ətraf mühiti çirkləndirməmək üçün zibil qutularından istifadə etməyə çağırır.

Photogallery

1 (1) 1 (5) 1 (6) 1 (8) 1 (2) 1 (4)

Hadisə

Cəmiyyət