Cümə axşamı 12 Dekabr 2019

İdman

'Sevinc Kuboku'nun açılış mərasimi baş tutub

Gülnar Fazilqızı - 05/08/2019

Açılış mərasimi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşib.

Gəncədə məhəllələr arası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda mini futbol üzrə Gəncə şəhər birinciliyinin açılış mərasimi  keçirilib.  Mərasim “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutub. Yarış 2008-2010-cu il təvəllüdlü futbolçular arasında keçirilib. 

Qeyd edək ki, Məhəllələr arası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda mini futbol üzrə Gəncə şəhər birinciliyində 12 komanda  mübarizə aparacaq. Birinciliyin final mərhələsi avqust ayının sonuna planlaşdırılır.

Photogallery

7D3A2746

Hadisə