Cümə günü 15 Noyabr 2019

Təhsil

Övladları tələbə adını qazanan həmkarlarımızı təbrik edirik

Gülnar Fazilqızı - 10/08/2019

Artıq bir neçə gündür ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib. Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 58258 nəfərdən 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. Bu da o deməkdir ki, 42062 ailədə sevinc yaşanır.

Bu sevincdən həmkarımız, uzun illər KİV-də çalışan, hazırda isə Gəncə Avtomobil Zavodunun mətbuat katibi vəzifəsində işləyən Məqsəd Rəhimovun da ailəsinə pay düşüb. Belə ki, Məqsəd Rəhimovun qızı Leyla Rəhimova Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində dovlət sifarişli təhsil hüququ qazanıb. İlin şagirdi adına layiq görülən Leyla Rəhimova M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib.

Məqsəd Rəhimov deyir ki, psixoloq olmaq Leylanın uşaqlıq arzusu idi: “Gecə gündüz çalışdı, gün ərzində kitablatdan ayrılmırdı, bütün fikrini ali məktəbə daxil olmaq üçün təhsilə yönəltmişdi və şükürlər olsun ki, əziyyətinin, əməyinin bəhrəsini gördü. Çox sevinirəm. Sözsüz ki, indi onun üzərinə daha böyük məsuliyyət düşür.  Bundan sonra o savadlı mütəxəssis olmaq üçün çalışmalıdır və mən əminəm ki, o bunun da öhədsindən layiqincə gələcək”.

Övladı tələbə adını qazanan həmkarlarımızdan biri də “ARB 24” kanalının bölgə müxbiri Xəyalə Mürsəldir. Onun qızı, 15 nömrəli tam orta məktəbin məzunu Səbinə Verdiyeva ADAU-nun ingilis bölməsinin Baytarlıq ixtisasına qəbul olunub.  ADAU-da ingilis dilində tədris təhsilin beynəlmillələşməsi, beynəlxalq əmək bazarının tələbələrinə cavab verən mütəxəssis hazırlığının həyata keçirilməsi məqsədilə aparılır. Xəyalə Mürsəl deyir ki, Səbinə sərbəst seçim edib: “Ölkə əhəmiyyətli bir ixtisas seçdiyi üçün qızıma təşəkkür edirəm. Bu onu götərir ki, Səbinə vacib ixtisasları ayırd edə bilir. Düşünürəm ki, bu onun gələcək ugurlarının başlanğıcıdır”.

Onu da qeyd edək ki, Səbinə təcrübə qazanmaq üçün Cənubi Koreyaya getməyi düşünür. Bu onun uşaqlıq arzularından biridir.

Biz də öz növbəmizdə Leyla ilə Səbinəni və onların timsalında tələbə adını qazanan bütün abiturientləri təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Photogallery

WhatsApp Image 2019 08 10 At 14.58.45 67300516 2796175143804465 4863176260781604864 N 1565441004611 1565441031846 WhatsApp Image 2019 08 10 At 16.03.43 WhatsApp Image 2019 08 10 At 16.07.08

Ən çox oxunan

Hadisə