Çərşənbə axşamı 17 Sentyabr 2019

Cəmiyyət

Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub

Sənubər Qocayeva - 14/08/2019

Bu gün Gəncədə tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etməkdədir. Bu istiqamətdə aparılan işlərdən biri də yolların bərpası, küçə işıqlandırılması və köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsidir. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Nərimanov prospekti boyunca görülən işlərlə maraqlanıb.

Burada şəhər rəhbərinə məlumat verərək bildirilib ki,  prospektdə,  şəhərdaxili küçələrin  yollarında köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur. Çat olan yerlər xüsusi texnika ilə çapılaraq götürülür və həmin yerlərə xırda dənəli asfalt tökülərək üzərinə bitum vurularaq yeni asfalt örtüyü ilə üzlənir. Niyazi Bayramov  prospektə görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin  keyfiyyətli aparılmasına , həmçinin küçələrdə köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsinə dair bir sıra tapşırıqlar verib.

Daha sonra  Gəncə Şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov  şəhərin Əttarlar küçəsi adlanan ərazisində olub. Burada sakinlərlə görüşən icra başçısı onları narahat edən məsələlərlə  yerində tanış olub. Sakinlər əsasən küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyünün olmamasından,  habelə su təchizatının yaxşılaşdırlması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Sakinləri dinləyən şəhər rəhbəri mövcud problemləri araşdıraraq aradan qaldırlması üçün aidiyyatı qurumlara tapşırıqlar verib.

Photogallery

G72A1458 G72A1461 G72A1474 G72A1497 G72A1464

Hadisə