Çərşənbə axşamı 17 Sentyabr 2019

İdman

Gəncə şahmatçısı Avropa çempionatının qalibi olub

Surxay Məmmədzadə - 14/08/2019

Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında Avropa çempionatı başa çatıb. Gəncə şahmat məktəbinin yetirməsi qitə birinciliyində Səadət Bəşirli gümüş medalın sahibi olub. 8 yaşı olmasına baxmayaraq Səadət özündə böyüklərlə mübarizə aparıb.

Avropa çempionatında ölkəmizi müxtəlif yaş qruplarında 30 yeniyetmə şahmatçı təmsil edib. Sevindirici haldır ki ,yarışa qatılan 30 şahmatçıdan beşi Vətənə medalla qayıda bilib. 8 yaşadək qızların yarışında Dinara Hüseynova və 14 yaşadək qızaların yarışında Ayan Allahverdiyeva Avropa Çempionu adının qazanıblar.  Cahandar Azadəliyev son turadək çempionluğa iddialı olsa da,sonda bürünc medalla kifayətlənməli olub. Daha bir burunc medalı isə Şəki şahmat məktəbinin yetirməsi olan Kərimli Yusif U-8  yaş kateqoriyasında qazanıb. Avropa Çempionu olmuş Dinara Hüseynova və bürünc mükafatçı Cahandar Azadəliyev Azərbaycan Həmkarlar İttifaqlarının Respublika Şahmat-Dama klubunun yetirmələridirlər.

Şahmatçılarımızın uğuru komanda hesabında da öz əksini tapıb. Belə ki,2 qızıl,1 gümüş və 2 bürünc medal qazanan şahmatçılatımız ümumi hesabda yarışda 12 medal qazanan Rusiyadan sonra ikinci olublar. 

Photogallery

67782069 2356372181105806 2931671842194194432 N 67928792 2356372174439140 2588101061541625856 N

Hadisə