Cümə axşamı 17 Oktyabr 2019

Cəmiyyət

Könüllülər Gürcüstanın Marneuli şəhərində ekoloji aksiyada iştirak edib

Sənubər Qocayeva - 16/09/2019

Məlumat verdiyimiz kimi 26-28 Avqust tarixlərində 2019-cu ilin Gənclər Paytaxtı - Şamaxıda "Ətraf Mühit və Mən-2" Könüllü Gənclərin Yay Məktəbi layihəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət Proqramının vəzifələrindən olan -2.1.17-ci bəndi, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsindən bəhs edib.

26 avqust tarixində start götürən yay məktəbi Azərbaycanın müxtəlif rayonlarından və Gürcüstandan qoşulan 40 nəfərlik qrupla layihə müddətində ekoloji maarifləndirmə mövzusunda təlimlərdə və gün boyü müxtəlif qrup işi çalışmalarında iştirak ediblər. Layihənin son günündə iştirakçılar qoşulduqları ərazilər üzrə komandalara bölündülər və komanda olaraq öz fəaliyyətlərini davam etdirməyə başlayı.

Layihə iştirakçılarının növbəti fəaliyyətini Gəncə komandası "Sağlam Gəncə üçün bir gün" şüarı altında ekoloji maarifləndirmə aksiyası ilə davam etdirəcək.

Photogallery

70351548 1719813908149355 8497837148710371328 N 70961051 454712625123661 3198069233133027328 N 70120006 449758462293166 9216760235350294528 N

Hadisə