Cümə axşamı 17 Oktyabr 2019

Təhsil

GDU-da yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.

Sənubər Qocayeva - 16/09/2019

2019-2020-ci tədris ilində Gəncə Dövlət Universitetinə (GDU) yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.

Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun müşaviri Asif cavadov, tələbələr və onların valideynləri iştirak edib.

Tədbiri açan Gülsüm Fətəliyeva builki qəbul imtahanlarında yüksək nəticə göstərərək Gəncə Dövlət Universitetinə daxil olan gəncləri təbrik edib, onlara gələcək tələbə həyataında uğurlar arzulayıb.

Bildirilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkələrin təhsil səviyyəsi, xüsusən də ali məktəblərinin inkişafı ilə müəyyən edilir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür.

Tədbirdə çıxış edən rektorun müşaviri Asif Cavadov bildirib ki, hər il olduğu kimi bu il də müəllimlik peşəsini seçən və yüksək bal toplayan bir çox gənc daha keyfiyyətli təhsil üçün Gəncə Dövlət Universitetini seçib. Çünki, məhz Gəncə Dövlət Universiteti özünün çoxilllik ənənəsi üzərində formalaşan, məzunlarını yüksək ixtisaslı pedaqoji kadrlar kimi hazırlayan, qərb bölgəsinin ən nüfuzlu ali təhsil müəssisəsidir.

Qeyd edilib ki, bu ilki tələbə qəbulu planının nəticələrinə görə Gəncə Dövlət Universiteti Təhsil Nazirliyinə tabeli ali təhsil müəssisələri arasında birinci olub.

GDU-ya 40 ixtisas üzrə 1700 plan yerinə ilk turda 1567 nəfər, ikinci turda 75 nəfər, ümumilikdə isə 1642 nəfər qəbul olunub. Universitetdəki plan yerləri birinci və ikinci turda keçirilmiş qəbulun nəticələrinə görə 96,6 faiz dolub. Qəbul olmuş abituriyentlərdən 1555 nəfəri, yaxud 91,5 faiz qeydiyyatdan keçib. Bununla da Gəncə Dövlət Universiteti tələbə qəbulu planının ümumi nəticələrinə görə Təhsil Nazirliyinə tabeli universitetlər arasında ilk pilləyə yüksəlib.

Tələbələrdən 4 nəfəri 600 baldan, 52 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. 2019/2020-ci tədris ilində universitet üzrə ən yüksək bal toplayan iki nəfər tələbə – Səbinə Əlizadə və Gülçin Əliyeva hər biri 611 balla Xarici dillər fakültəsinin Xarici dil müəllimliyi ixtisasına qəbul olunub.

Photogallery

DSC 4961 700x500 DSC 4968 700x500 DSC 4972 700x500 DSC 4971 700x500

Hadisə