Cümə günü 15 Noyabr 2019

İqtisadiyyat

Tələbələr III Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıblar

Gülnar Fazilqızı - 24/09/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri III Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıblar. Müsabiqə İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə dəstəyi ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov açıb. O, gənclərin potensial bilik və bacarıqlarının reallaşdırılması sahəsində görülən işlərdən, beynəlxalq, respublika və şəhər səviyyəsində keçirilən bilik yarışmalarında, müsabiqələrində ADAU tələbələrinin əldə etdikləri nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bilik yarışlarının, müsabiqə və olimpiadaların önəmindən danışıb. O qeyd edib ki, elm və texnika inkişaf etdikcə gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məsələsi də gündəmə gəlir. Bu istiqamətdə həyata keçirilən bu cür tədbirlər də gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsini, güclənməsini hədəfləyir. Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə daha məsuliyyətlə, daha vicdanla xidmət edər.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov III Respublika İnnovasiya Müsabiqəsi, onun məqsəd və hədəfləri barədə məlumat verib. O bildirib ki, III Respublika İnnovasiya Müsabiqəsi BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”nin məqsədlərinin yerinə yetirilməsi,    həmçinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə həyata keçirilir. Hüseyn Hüseynov iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının əhəmiyyətindən söz açıb. Həmçinin, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyanın vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

 

Photogallery

G72A9973 G72A9980 G72A9971 G72A9988 G72A9986 G72A9963

Ən çox oxunan

Hadisə