Çərşənbə günü 24 Fevral 2021

Təhsil

Aqrar Universitetdə təhsil alan xarici tələbələrin coğrafiyası genişlənib

Sənubər Qocayeva - 27/09/2019

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan xarici tələbələrlə görüş keçirilib. Əcnəbi tələbələrin təhsil şəraiti, ölkə, şəhər və universitet haqqında təəssüratlarını öyrənmək məqsədilə keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

Görüşdə tədris prosesinin daha da təkmilləşdirilməsi, asudə vaxtın səmərəli təşkili məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Aqrar Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, son illərdə yaradılan təhsil şəraiti, xarici dillərdə təhsil proqramlarının mövcudluğu əcnəbi tələbələrin sayının artmasına, onun coğrafiyasının genişlənməsinə səbəb olub. Hazırda universitetdə Gürcüstan, Malayziya, Qazaxıstan, Rusiya, Türkiyədən olan əcnəbi tələbələr təhsil alırlar.

Görüşdə tələbələr yaradılan şəraitdən məmnunluqlarını bildirib, təmsil etdikləri ölkələrdən ADAU-da təhsil almağa maraq göstərən abituriyentlərin sayının artdığını söyləyiblər. Onlar göstərilən dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

Photogallery

15694970202745265303 1000x669 15694970204447019587 1000x669 15694970201133628729 1000x669 15694970203719645904 1000x669