Çərşənbə axşamı 10 Dekabr 2019

Mədəniyyət

Gənclərin tarixi abidə və muzeylərə ekskursiyası təşkil edilib

Gülnar Fazilqızı - 02/10/2019

27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar təşkil olunan ekskursiyalar 30 sentyabr - 1 oktybar tarixlərini əhatə edib.

27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar Gəncə şəhər Gənclər və İdman İdarəsi baş İdarəsi və Gənclər evi SXM-in birgə təşkilatçılığı ilə gənclərin tarixi abidələr və muzeylərə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı Ümumdünya Turizm Günü haqqında gənclərə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycanda Ümumdünya Turizm günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.

Ekskursiya zamanı gənclər Tarix-diyarşunaslıq, Azərbaycan Xalq Cümhuriyyəti muzeyləri, Cavadxan türbəsi, "Cökək" hamam, Şah Abbas (Cümə) məscidi, habelə Xan bağında yerləşən Gəncə qalasının qalıqları ilə tanış olublar. 

Photogallery

71106369 2311684532213753 9129230064578199552 N 71571984 2311684865547053 4495623108597645312 N

Hadisə