Cümə axşamı 17 Oktyabr 2019

İdman

Gəncə paralimpiyaçıları Respublika Çempionatında qüvvələrini sınayacaqlar

Gülnar Fazilqızı - 10/10/2019

Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin idman dərslərindən bəhrələnən 5 idmançı – Nurlan Babacanov, Əli Sahib Babacanov, Samir Atakişiyev, Asif Vəliyev və Məhərrəm Qasımov Respublikanın əməkdar məşqçi müəllimi Natiq Əliyev rəhbərliyi ilə daha bir möhtəbər yarışa hazırlaşırlar.

Gəncə paralimpiyaçıları Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə 20.10.2019-cu il tarixdə Bakı şəhərində Para- pouerliftinq idman növü üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçiriləcək açıq Respublika Çempionatında qüvvələrini sınayacaq, qalib adı uğrunda mübarizə aparacaqlar.

Gənc idmançılarımıza uğurlar arzulayır və inanırıq ki, paralimpiyaçılarımız ənənəyə sadiq qalaraq, qələbə ilə doğma şəhərə qayıdacaqlar.

 

 

Hadisə