Çərşənbə günü 15 İyul 2020

Siyasət

GDU-nun tələbələrindən fləşmob: “Qarabağ Azərbaycandır və nida işarəsi”

Sənubər Qocayeva - 11/10/2019

“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, “Qarabağ Azərbaycandır və nida işarəsi” demişdir.

Ölkə Prezidenti İlham Əliyevin cıxışına dəstək olaraq Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı fləşmob hazırlayıb. Tədbirə yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ Azərbaycandır” şüarlarını səsləndiriblər.

 https://www.facebook.com/gdu.edu.az/videos/992430881094307/?v=992430881094307