Cümə günü 22 Noyabr 2019

İdman

Gənclər evində intellektual oyun üzrə şəhər turniri keçirilib

Gülnar Fazilqızı - 14/10/2019

Gəncə Gənclər Evində “Nə? Harda? Nə zaman?” intellektual oyunu üzrə şəhər turniri baş tutub.

Oyun Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə  “18 Oktyabr – Dövlət Müstəqillik Günü”-nə həsr edilib. 

Turnirdə 32  komanda iştirak edib. Hər komandanın tərkibi 6 nəfərdən ibarət olmaqla 130-dan artıq gənc turnirdə öz biliyini sınayıb.  Oyun "Rekviyem" komandasının qalibiyyəti ilə yekunlaşıb. 2-ci yerə "Eidon", 3cü yerə isə "Feniks" komandaları layiq görülüb. 

Qalib komandaların hər birinə kubok və diplomlarl təqdim olunub. 

Qeyd edək ki, bu cür tədbirlər gənclərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq keçirilir. 

Photogallery

58ba3076 38fd 42e8 Af76 10b4e1ec008e 7a78eb1d 8825 43c1 9ecd 167e4309c7b9 9711c9d6 566b 4814 A259 6f97ca6bfe99 D2224d70 6cf7 4038 A927 C5fc1c6c7176 5eaee6de A6f6 4547 9f21 9e72291ba1db A206092d 2ab1 4c82 9191 79499374f564

Ən çox oxunan

Hadisə

Təhsil