Cümə günü 15 Noyabr 2019

Siyasət

Naqif Həmzəyev: 'İlham Əliyev yeni əsrin yeni lideri olaraq həyatımıza yeni nəfəs gətirdi'

Surxay Məmmədzadə - 16/10/2019

Müasir Azərbaycanın bu gününü 20-25 il əvvəlki dövrü ilə müqayisə etsək ötən illər ərzində ictimai-siyasi sabitliyin ilbəil möhkəmlənməsinin, dövlət müstəqilliyinin və ölkənin dünya birliyində mövqeyinin güclənməsinin tarixi nailiyyətlərin, ölkəmizin gələcək inkişaf perspektivləri üçün etibarlı əsasının, dolğun iqtisadi potensialın formalaşdırılmasının şahidi olarıq”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin ölkə Başçısı seçilməsindən 16 il ötməsi barədə danışarkən deyib.

Millət vəkili bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müstəqil Azərbaycan dövlətinin təməli qoyulub, ölkəmizdə dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olub, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçirilib, gələcəyə aparan uğurlu yolun parametrləri müəyyənləşdirilib: “Gənc, müstəqil respublikanın qurucusu, memarı Heydər Əliyevdən sonra parlaq nəticələr əldə etmək, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi reallaşdırmaq əsl hünər idi. Bu layiqli missiyanın öhdəsindən ölkə Prezidenti İlham Əliyev gəldi. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi. Yeni əsrin yeni lideri olaraq İlham Əliyev həyatımıza yeni nəfəs gətirdi, ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə çevirdi”.

N. Həmzəyev əlavə edib ki, ölkəyə rəhbərlik etdiyi ilk gündən cənab İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayandı, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq oldu: “Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsinə çevrildi. Xalq bu illər ərzində ölkə Başçısını daim məhz belə gördü və Ona inandı, daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəklədi. Azərbaycanda həyata keçirilən siyasətin alternativi olmadığını dünya liderləri, beynəlxalq siyasətçilər, ekspertlər təsdiqlədilər. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açdı”.

Deputat qeyd edib ki, xalqın 16 ildə Azərbaycanın davamlı firavanlığı üçün usanmadan çalışan, dövlətinə, millətinə bağlı, xeyirxah, müdrik rəhbər Prezident İlham Əliyevə olan inamı birə beş artdı: “Ən əsası isə bu gün sabitlik adasına çevrilən ölkəmizin güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edən Prezident İlham Əliyevin yürütdüyü siyasət hər bir Azərbaycanlının qürur yerinə çevrilib”.

Ən çox oxunan

Hadisə