Bazar günü 8 Dekabr 2019

İdman

Aqrar Universitetdə şahmat yarışı keçirilir

Surxay Məmmədzadə - 18/10/2019

ADAU -nun Aqrar iqtisadiyyat, Aqrobiznes və idarə etmə fakültələrində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar şahmat yarışı keçirilir.

Əvvəlcə yarış iştirakçılarına Dövlət Müstəqilliyi Gününün tarixi barədə məlumat verilib.

Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov bildirib ki, əvəzsiz milli sərvətimiz olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb bir vəzifədir. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası həyata keçirib. Azərbaycan indi müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu illərdə Azərbaycan Respublikası dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerini tutub və hazırda tarixin ağır sınaqlarından çıxan respublikamız özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir.

Sonra şahmat yarışına start verilib.

Photogallery

15713212534149136458 1000x669 15713212532222161397 1000x669 1571321253191537471 1000x669 15713212536137651811 1000x669

Hadisə