Müstəqillik günü münasibətilə gənc alim mükafatlandırılıb
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə Gəncə şəhərinin gənc alimi Elnur Həsənov “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə mükafatlandırılmışdır.
AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri olan E.Həsənov Azərbaycan tarixinə dair elmi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və milli-mənəvi dəyərlərimizin təbliği sahəsindəki səmərəli fəaliyyətinə, ölkəmizi beynəlxalq elmi tədbirlərdə uğurla təmsil etdiyinə və Gəncə şəhərinin arxeoloji və etnoqrafik əsaslarla araşdırılmasına dair dünyanın 60-dan çox ölkəsinin nüfuzlu elmi nəşrlərində əsərləri çap olunduğuna görə bu mükafatla təltif edilmişdir.