Bazar günü 8 Dekabr 2019

İdman

Gəncə idmançıları dünya çempionatında yüksək nəticə əldə ediblər

Surxay Məmmədzadə - 25/10/2019

Bu münasibətlə gənc idmançılar Fidan Yusifova və Zaur Məmmədovla görüş keçirilib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində Kiyevdə kombat ciu-citsu idmanı üzrə gənclər və yaşlılar arasında dünya çempionatında yüksək nəticə əldə edən Gənc idman məktəbinin yetirmələri Fidan Yusifova və Zaur Məmmədovla görüş keçirilib.

Görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhərin idman ictimaiyyəti iştirak edib.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də qazanılan böyük uğurlardan danışan Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Müşfiq Cəfərov qeyd edib ki, bu gün dövlət Başçısı İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğını Gəncə idman məktəbinin yetirmələrinin əldə etdiyi uğurların timsalında da görə bilərik.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi idmançıları əldə etdikləri qələbə münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar diləyib.

Qeyd edək ki, 20 ölkədən 345 idmançı iştirak etdiyi çempionatda Fidan Yusifova qızıl medal, Zaur Məmmədov isə bürünc medal qazanıb.

Photogallery

73475129 2357734237608782 1432344341648506880 N 72882815 2357732797608926 4389111471594799104 N 75233380 2357732284275644 3161807872224919552 N

Hadisə