Bazar günü 8 Dekabr 2019

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrının “Dəli yığıncağı” Tbilisidə

Sənubər Göyüşqızı - 25/10/2019

Gəncə Dövlət Dram Teatrı oktyabrın 24-də Tbilisinin A.S.Qriboyedov adına Rus Dram Teatrında böyük ədib, Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyası əsasında hazırladığı eyniadlı tamaşa ilə çıxış edib.

Səhnə əsəri tamaşaçılara böyük ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi, Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ilə təqdim olunub.

Tamaşanın nümayişindən əvvəl çıxıs edən ağsaqqallar şurasının sədri İsak Novruzov C.Məmmədquluzadə yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, səhnə əsərinin Gürcüstanda nümayişini böyük hadisə kimi qiymətləndirib.

Teatrın baş rejissoru İradə Gözəlova tamaşanın əsas süjet xətti barədə danışıb.

Bildirilib ki, birhissəli “Dəli yığıncağı” tamaşasının quruluşçusu Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

Əsasən 1920-ci illərdə qələmə alınan səhnə əsərində o dövrün insanlarının cahilliyindən bəhs olunur.

Tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Elxan Yunis, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və digərləri ifa edib.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri, paytaxt Tbilisi ilə yanaşı, Rustavi, Marneuli və Qardabani rayonlarından gəlmiş ziyalılar, tələbələr və gənclər də tamaşaya baxanlar sırasında olub.

Tamaşa başa çatdıqdan sonra səfir Dursun Həsənov, ağsaqqallar şurasının sədri İsak Novruzov və başqaları aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıblar.

Photogallery

75204507 1357665064394727 3309295941067997184 N 15719557462930929952 1000x669 15719557465648227797 1000x669 72360432 1357665027728064 3475919588158341120 N 15719557465781060440 1000x669

Hadisə