Bazar günü 8 Dekabr 2019

Elm

Elnur Həsənov beynəlxalq təltifə layiq görülüb

Sənubər Qocayeva - 29/10/2019

Amerika Birləşmiş Ştatlarının beynəlxalq “Publishers International Linking Association” elmi qurumunun qərarı və dünyanın nüfuzlu “Clarivate Analytics” korporasiyasının Nəşr və elmin populyarlaşdırılması departamentinin tövsiyəsi ilə Gəncənin gənc alimi Elnur Həsənov 1-ci dərəcəli nəşr sertifikasiya diplomu ilə təltif edilmişdir.

Gənc alim şəhərimizdə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji və etnoqrafik ekspedisiyasının əldə etdiyi elmi nəticələrə dair akademik əsərlərin uğurlu nəşrinə və yüksək impakt faktorlu jurnallarda məqalə çapına görə bu mükafata layiq görülmüşdür.

Qeyd edək ki, mükafat müəllifin intellektual mülkiyyətinin beynəlxalq “Crossref” akademik sistemi, “DOI” agentliyi və “QR” dərəcəli əqli mülkiyyətin mühafizəsi səviyyəsi ilə patentləşdirilərək Amerika Birləşmiş Ştatları ilə yanaşı, Türkiyənin beynəlxalq “Türk Eğitim İndeksi”, Almaniyanın “Fortgeschrittener Wissenschaftlicher Index” (Advanced Sciences Index), Koreyanın KOFST (Korean Federation of Science and Technology Societies), Polşanın ICV, Mərakeşin SJIF, Rusiya Federasiyasının РИНЦ (RISC) beynəlxalq elmmetrik bazalarında indeksləşdirilmə hüququ əldə etmişdir.

Hadisə