Cümə günü 22 Noyabr 2019

Siyasət

Azərbaycan Çexiya ilə əməkdaşlığın inkişafına böyük önəm verir

Surxay Məmmədzadə - 30/10/2019

Çexiyanın Azərbaycanla əməkdaşlığı gələcəkdə yalnız inkişafda olacaq.

Bu sözləri Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert Çexiyanın müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.

Səfir qeyd edib ki, münasibətlərdə müsbət dinamika parlament səviyyəsində qarşılıqlı səfərlərə şərait yaradır.

“Müəyyən fasilədən sonra hökumətlərarası komissiyanın iclasının yenidən keçirilməsi iqtisadi sahədə əməkdaşlığımızın keyfiyyətini yeni səviyyəyə qaldıracaq. Çexiya Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi layihələrində iştirakını davam etdirəcək”, – deyə səfir qeyd edib.

Milan Ekertin sözlərinə görə, Çexiya Azərbaycanla humanitar və təhsil sahələrində əməkdaşlığa maraqlıdır.

Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov öz növbəsində, Çexiya xalqını bayram münasibətilə təbrik edib. O, vurğulayıb ki, Azərbaycan Çexiya ilə bütün sahələr üzrə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

“Əminliklə demək olar ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin Çexiyaya və Miloş Zemanın Azərbaycana səfərləri münasibətlərin, ikitərəfli siyasi əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir”, – baş nazirin birinci müavini deyib.

O, qeyd edib ki, Azərbaycan Çexiyanın respublikamızdakı səfirliyinin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirir.

Photogallery

74188098 2475806105836500 1760750073815236608 N 74170324 495892244473906 8280482967122345984 N

Ən çox oxunan

Hadisə

Təhsil