Cümə günü 22 Noyabr 2019

İdman

Olimpiya komplekslərində Bayraq günü münasibətilə aksiyalar keçiriləcək

Sənubər Qocayeva - 01/11/2019

9 noyabr - Bayraq günü münasibətilə Gənclər və İdman Nazirliyi ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalara start verəcək.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın  verdiyi məlumata görə, ilk aksiya noyabrın ilk 3 günündə Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində (OİK) keçiriləcək.

Həmin OİK-lər bunlardır: Abşeron OIK, Ağcabədi OIK, Ağdam OİK, Ağdaş OİK, Astara OİK, Balakən OİK, Beylaqan OİK, Biləsuvar OİK, Cəlilabad OİK, Füzuli OİK, Gəncə OİK, Göyçay OİK, Göygöl OIK, Hövsan OİK, Xaçmaz OİK, İmişli OİK, İsmayıllı OİK, Kürdəmir OİK, Qax OİK, Qazax OİK, Qəbələ OİK, Qobustan OIK, Qusar OİK, Lənkəran OİK, Oğuz OİK, Saatlı OİK, Sabirabad OİK, Sumqayıt OİK, Şağan OİK, Şəki OİK, Şəmkir OİK, Şirvan OİK, Tovuz OİK, Zaqatala OİK. 

Gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etmək məqsədi ilə açıq qapı günləri təşkil olunacaq.

Aksiyada futbol, voleybol, güləşin müxtəlif növləri, atletika, tennis, badminton, şahmat və s. yarışlar və əyləncəli idman oyunları təşkil ediləcək. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda hər rayonda müxtəlif idman növləri üzrə Avropa, dünya çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcək.

Nazirlik bütün gəncləri bu fürsətdən istifadə etməyə dəvət edir. 

Aksiyaya qoşulmaq istəyənlər yaşadıqları rayon və şəhərin Gənclər və İdman İdarəsinə müraciət edə bilər.

Ən çox oxunan

Hadisə

Təhsil