Cümə günü 22 Noyabr 2019

İdman

Gəncədə “İradənlə qalib gəl” şüarı altında kütləvi idman tədbirləri keçirilib

Gülnar Fazilqızı - 06/11/2019

Tədbirlər "9 noyabr - Bayraq günü"nə həsr olunub.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə “İradənlə qalib gəl” şüarı altında “Açıq Qapı Günləri” adlı kütləvi idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov  qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti  ölkəmizdə olduğu kimi şəhərimizdə də uğurla icra olunur. Gəncə şəhərində idmanın inkişaf etdirilməsi, yeniyetmələrin və gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideyalarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər nəticəsində ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İdman siyasətinin şəhərimizdə uğurlu icrasının nəticəsidir ki, şəhərimiz 2019-cu ilin Avropanın İdman şəhəri tituluna layiq görülüb.

Tədbirdə cüdo, sərbəst güləş, yunan-roma güləşi, kikboksinq, boks, taekvondo, karate, aykido, futbol, basketbol idman növləri üzrə 1200-ə yaxın idmançı iştirak edib.

Tədbirdə Əməkdar Bədən Tərbiyəsi və İdman xadimləri, Prezident təqaüdçüləri və Şöhrət ordenli idmançı məşqçilər, peşəkar məşqçilər tərəfindən master klas nümaiş olunub. Gəncə Dövlət Flarmoniyasının gənc və istedadlı musiqiçiləri  idman tədbirinə bayram əhval ruhiyyəsi qatıblar.

 

Photogallery

OZtPTP9PittAAvheb6cDDhRqjWdTz2awm5TLQdUsxFuRCz4rDTSrfQuhVCxBagZYcTNE2sUGJG9K OZtPTP9PittAAvheb6cDDhRqjWdTz2awd9gExMhv625BqWStBc7XT2tomBgy5WvmWfRSVfYdN2Cb 5wCZ2TqmwS4J7h2JdGaSpWEMjWeYZd1qRQDca6HbgLyay5mo1quKtGSoJaCZC3u623tPonc25eFP OZtPTP9PittAAvheb6cDDhRqjWdTz2awioKsYpT5NeGihUfti4qCnfDpsJYNunzMBrdkeYjcShhY OZtPTP9PittAAvheb6cDDhRqjWdTz2awedJbTGTRop12Y1N4JUbUfPnH6BZA63Ydcyb7gGGEwSrZ OZtPTP9PittAAvheb6cDDhRqjWdTz2aweyfe8bwgRztB1toWjwaMq1CJJjQuEeb2HERkVrRpK8Fv

Ən çox oxunan

Hadisə

Təhsil