Cümə günü 22 Noyabr 2019

Təhsil

Türkiyənin Yaşıl vadi kübrə istehsalçıları ADAU-da olub

Surxay Məmmədzadə - 06/11/2019

Orqanik kənd təsərrüfatı aqrosənaye resurslarının (aqrotexnika, kimyəvi gübrələr, pestisidlər) geniş istifadəsinə arxalanan intensiv aqro-təsərrüfata alternativ olan kənd təsərrüfat üsuludur.

Belə kənd təsərrüfatı üsulları “orqanik”, “bioloji” və ya “ekoloji təmiz” adlanır. Orqanik kənd təsərrüfatının müxtəlif müsbət aspektlərini vurğulayan fərqli təriflər olsa belə, onların hamısı eyni təməl prinsiplər üzərində qurulub. Göründüyü kimi, orqanik kənd təsərrüfatı üçün həllər həm ekosistem funksiyalarını, həm də sosial-iqtisadi şərtləri nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış üsulların tətbiqindən ibarət olmalıdır.

Bu məqsədlə Türkiyənin İstanbul şəhərində yerləşən və 25 illik təcrübəyə malik Yaşıl vadi kübrə istehsalı şirkətinin nümayəndələri AZMARK LTD şirkəti ilə birlikdə Azərbaycanın bir sıra şəhər və rayonlarında olub, təcrübələr aparıb, maarifləndirmə işləri həyata keçiriblər. Bakı, Gəncə, Şəmkir və İsmayıllıda olan qrup Aqrar Universitetdə də təcrübələr reallaşdırıblar. Onlar İstixanalarda, əkin sahələrində orqanik kübrənin tətbiqini həyata keçirib, faydalarından danışıblar. Gələcəkdə də istifadə qaydaları barədə ətraflı məlumat veriblər.

Photogallery

75627487 2620164728076466 7895550109516038144 N 76612159 2620164741409798 8382014202998423552 N 75226274 2620164914743114 8367334352673046528 N 74525305 2620164794743126 4208942223502344192 N

Ən çox oxunan

Hadisə

Təhsil